Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin hüquqları sırasında müvafiq sahəyə aid olan məsələlərlə bağlı araşdırmalar aparmaq, müstəqil yerli və beynəlxalq ekspert və mütəxəssisləri, məsləhətçi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında müvafiq sahədə keçirilən tədbirlərdə, o cümlədən beynəlxalq konfranslarda, seminarlarda, forumlarda, təlimlərdə və digər tədbirlərdə iştirak etmək, həmçinin öz səlahiyyətləri çərçivəsində dövlət orqanlarında və digər təşkilatlarda Nazirliyi təmsil etmək və beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması üçün müvafiq sahədə xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək də əksini tapıb.