Sahib (Mərkəzi Bank) informasiya sisteminə qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsini, informasiya sistemində mövcud olan məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin, qanunsuz yayılmasının qarşısının alınmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
İnformasiya sistemi üzrə məlumatların təhlükəsiz şəkildə daxil edilməsi, sistemləşdirilməsi, saxlanılması, istifadəsi, dəyişdirilməsi, ləğv edilməsi və bərpası üçün mühafizə vasitələri texniki tələblərə uyğun olmalıdır.