Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin vəzifələri sırasında Nazirliyin fəaliyyət istiqamətləri üzrə ictimai iştirakçılığı təşviq etmək, məhkumların islah edilməsində ictimaiyyətin iştirakını, penitensiar müəssisələrin və probasiya qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsini təmin etmək, bu məqsədlə Nazirlik yanında İctimai Şuranın fəaliyyətini əlaqələndirmək və digər vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu vəzifələr sırasında ədliyyə sahəsində insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində görülmüş işlər barədə ictimaiyyətə məlumat vermək və insan hüquqlarına dair sənədlər toplularını, tədris vəsaitlərini, habelə mediada ədliyyə fəaliyyətini əks etdirən materiallar toplularını hazırlamaq, onları Nazirliyin sisteminə daxil olan qurumların, aidiyyəti dövlət orqanlarının (qurumlarının), tədris müəssisələrinin və qeyri-hökumət təşkilatlarının istifadəsinə vermək əksini tapıb.