Müştərinin sorğusu əsasında Valyuta əməliyyatları barədə vahid informasiya sistemində onun barəsində olan məlumatlara çıxış imkanını təmin etmək informasiya sistemi sahibinin (Mərkəzi Bank) vəzifələri sırsındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında informasiya sisteminin fasiləsiz fəaliyyətini təmin etmək, o cümlədən sistem vasitəsilə dayanıqlı məlumat mübadiləsini təşkil etmək, məlumatların informasiya sisteminə tam və vaxtında ötürülməsinə və həmin məlumatların əldə edilməsinə qanunla müəyyən edilmiş hədlərdə nəzarət etmək də yer alıb.