Minsk qrupunun fiaskosu

05 Fevral 2024, 14:51

Azərbaycanın qərb bölgəsi olan “Qarabağ” neçə ildir ki, işğal altında idi. Bu, Azərbaycan və Ermənistan arasında olan bir məsələ idi. İri dövlətlər bu məsələni guya sülh yoluyla həll etmək istəyirdilər. Bunun nəticəsində Fransa, ABŞ və Rusiya dövlətlərinin təşəbbüsü ilə Minsk qrupu yaradıldı. Minsk qrupunun əsas məqsədi ortada olan ədalətsizliyi aradan qaldırmaq idi. Yəni Azərbaycan torpaqları işğaldan azad olunmalı və məcburi köçkünlərin geri qayıtması təmin edilməli idi. Bununla yanaşı Ermənistana təzyiq göstərilməli və müvafiq sanksiyalar tətbiq olunmalı idi. Çünki, bu iri dövlətlər də agah idi ki, Azərbaycan dövləti bu münaqişədə işğala məruz qalan, mövqeyi ədalətli olan tərəfdir. Lakin illər ərzində Minsk qrupunun yaradılmasında ki, əsas məqsəd ortaya çıxdı. Sülh adi ilə həll heç də Azərbaycan dövlətinin əleyhinə olmadı. Bura da əsas dəstək Ermənistana verildi. 28 illik mövcudluğu ərzində Minsk qrupu tərəfindən Azərbaycan dövləti üçün bir qarış adım belə atılmadı. Ancaq iri dövlətlər bu illər ərzində öz işlərinə yaracaq şəkildə bundan istifadə etdilər.

Ağ ev istəyirdi ki, Rusiya Qafqazdan getsin, Kreml çalışır ki, ABŞ Qafqaza daxil ola bilməsin, Parisin öz “qarın ağrıları” var. Ona görə də riyakarcasına birləşirdilər ki, heç olmazsa, daha bir neçə il Qafqaza sülh, sabitlik gəlməsin. Çünki hər üç mərkəz “bulanıq suda balıq tutmağın” daha asan olduğunu yaxşı bilirdi. Buna baxmayaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs ilə işğal olunmuş torpaqlar azad edildi. “Ədalət” və “Sülh” şüarı öz yerini tapdı.

 

Murad Bayramov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti