Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və müvafiq icra vərəqi əsasında aparılarkən, dövlət reyestrində hüquqi əsas kimi məhkəmənin qərarı göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Məhkəmə qərarının və icra vərəqinin əsli və ya əsli ilə düzgünlüyü təsdiq olumuş surəti bir qayda olaraq sənədlərlə birlikdə təqdim olunmalıdır. Məhkəmənin qərarı əsasında qurumun yenidən təşkil edilməsi zamanı dövlət qeydiyyatına alınması üçün bu Qaydalarda nəzərdə tutulan sənədlər təqdim edilir.