Minsk qrupunun həmsədri ölkələrdən olan Fransa Qarabağ münaqişəsi olan dövrdən indiyə qədər həmişə qərəzli siyasət yeridib. Minsk qrupu ölkəsi olaraq heç bir ədalətli əsasnamə qəbul etməmişdir. Münaqişəsinin həlli üçün heç bir atım atmayaraq sadəcə əsasız şəkildə mənfur əməllərin üstünü ört basdır etməyə çalışırdı.
Bizim Zəfər döyüşlərimizin olduğu dövrlərdə isə Fransa respublikasının prezidenti Makron prezident İlham Əliyevə zəng edərək müharibəni dayandırmağı, hətta yalan böhtan olaraq muzdlu döyüşçülərin olduğunu demişdir. Halbuki Minsk qrupunun həyata keçirə bilmədiyi ədaləti öz gücümüzlə etdik. Muzdlu döyüşçülərdən istifadə edən isə bizlər deyil Ermənilər idi. Bu da onu göstərir ki Fransa hökuməti yaxşı görməyi bacarmır. Bacarsaydı saxtakarlığı deyil də həqiqətləri görərdi. Bəlkə də Fransa hökumətinin gözlərində xəstəlik var. Bu xəstəlik isə Erməni lobbisidir ki ancaq Erməni lobbisinin idarəsi altında addım atır. Erməni lobbisinin dedikləri ilə oturub, durur .
Ümumiyyətlə Fransa münaqişəni Ermənilərin xeyrinə həll etmək istəyirdi. O da heç vaxt alına bilməzdi. Ona görə də həmişə də vəziyyətin gərginləşməsi üçün addımlar atır. Əslində Fransanın addımlarında öz mənafeyini həyata keçirmək var. Fransa hökuməti Qafqazda özünə dayaq yaratmaq istəyir. Dayaqları isə ermənilərdir. Amma unudublar ki, Ermənilərin özünə həyatda qalmaq üçün dayaq lazımdır. Buna görə də Fransa anlamalıdır ki, onun Qafqazda güclənməsi, sözünü deyəcək dövlət olması suya düşən xəyaldır. Bu xəyalın arxasınca getmək isə sadəcə zaman itkisidir, sonunda özü də xəyallari kimi suya düşə bilər. Bütün bunlarla demək istəyirəm ki, Fransa hökuməti nə qədər vəziyyəti gərginləşdirməyə, zəfərimizin üstünə kölgə salmağa, erməni vandallarının əməllərini ört-basdır etməyə, Qafqazda güclənməyə cəhd etməsi – bütün bunlar mənasız siyasətdir. Qafqazın ən böyük gücü Azərbaycandır!
Şəlalə Hüseynova
Azərbaycan Dillər Universiteti