Eninə istiqamətdə birmərtəbəli karkas binaların (hissələrin) dayanıqlılığı sütunların bünövrədə sərt birləşdirilməsi ilə təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Boyuna istiqamətdə bütün orta sütun sıraları üzrə sütunlar arasında şaquli rabitələri olan sərtlik bloku qurulmalıdır. Sərtlik bloku hüdudlarında sütunların bünövrələri rabitə-dayaqlarla əlaqələndirilməlidir.