Nasos aqreqatları vibroizoləedici bünövrələr üstündə qoyulmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Basqılı və sorucu borularda vibroizoləedici taxma nəzərdə tutulmalıdır.

Aşağıdakı hallarda vibroizoləedici bünövrələr və vibroizoləedici taxmaların qoyulmamasına yol verilir:

– səs-küydən müdafiə tələb etməyən istehsalat binalarında;

– yaxınlıqdakı binadan ən azı 25 m məsafədə ayrıca dayanan mərkəzi istilik məntəqələrinin binalarında.