Əgər ər-arvadın hər ikisinin Azərbaycan Respublikasında yaşayış yerləri vardırsa, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın pozulmasına dair işlər Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə daxildir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər də bu sıradadır.