Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı əvəzləmək barədə düşündüyünü etiraf edib.

Heftelik.az-ın məlumatına görə, Vladimir Zelenski bunu İtaliyanın “Rai1” telekanalına müsahibəsində deyib ki, bu, Ukraynaya rəhbərlik edənləri narahat edən sualdır.

Ukrayna Prezidenti bildirib ki, təbii ki, yeni başlanğıc lazımdır. O, təkcə hərbi sahədə deyil, dövlətin bəzi rəhbər şəxslərinin əvəzlənməsini nəzərdə tutduğunu qeyd edib: “Mən bu əvəzetmə haqqında düşünürəm, bu, doğrudur”.