Su sayğaclarının dövrələmə keçid xətlərindəki bağlayıcı tərtibatlar yanğın kranları yanında qoyulmuş düymələrdən və ya yanğın əleyhinə avtomatlaşdırılmış qurğulardan işə salınan elektrik intiqalı ilə təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Bina və qurğunun su kəməri şəbəkəsində yanğının söndürülməsi üçün kifayət qədər təzyiq olmadıqda dövrələmə keçid xəttindəki bağlayıcı armaturun yanğın əleyhinə nasosların işə düşməsi ilə eyni vaxtda açılması təmin edilməlidir.
İsti su kəməri şəbəkələrində su sayğacları ətrafında dövri keçid xətlərinin nəzərdə tutulması tələb edilmir.
Ayrılmış sistemlərdə yanğın əleyhinə su kəmərlərində su sayğacları qoyulmur.
Su kəmərinin iki girişi olduqda və onlardan hər birində su sayğacı quraşdırıldıqda su sayğaclarında dövri xətləri nəzərdə tutulmur.