Bu gün diplomat Elşən Abduləzimov vəfat edib.

Heftelik.az-ın məlumatına görə, Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib.

Xarici İşlər Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin başsağlığı verib.

Qeyd edək ki, Elşən Abduləzimov Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi olub. Prezident İlham Əliyevin 2021-ci il 28 iyul tarixli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.