Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.
Heftelikaz-ın APA-ya istinadən məlumatına görə, hadisə İnşaatçılar prospektində qeydə alınıb.
Partlayışın dalğasından ətrafdakı binaların pəncərə şüşələri sınıb, 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər xəsarət alıb.
Həmin şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.
Hadisənin təfərrüatı araşdırılır.