Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Bakı Xoreoqrafiya Akademiyasından məlumat verilib.

Qeyd edilib ki, 93 yaşlı xoreoqraf uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi.

Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq. Vida mərasimi saat 12:00-da Təzə Pir məscidində olacaq. Dəfn isə saat 14:00-a nəzərdə tutulub.