İnformasiya sisteminə daxil edilən məlumatların etibarlılığının və təhlükəsizliyinin təmin olunması məqsədilə informasiya sisteminin istifadəçiləri və iştirakçıları gücləndirilmiş elektron imza vastəsilə eyniləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

İnformasiya sisteminin istifadəsi prosesində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq informasiyanın mühafizəsinə dair tələblərə riayət edilməlidir.