Nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişiklik və ya əlavələri özündə əks etdirən qeyd olunmuş vərəqdə qurumun adı, onun qeydiyyat nömrəsi və tarixi, dövlət qeydiyyat orqanının adı, dəyişiklik və ya əlavələrin məzmunu, habelə dəyişiklik və ya əlavələrin qeydiyyata alındığı tarix göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Dəyişiklik və ya əlavələr bir vərəqdən artıq olduqda həmin vərəqlər tikilir, vərəqlərin sayı göstərilir və sonuncu vərəqin arxasında vərəqlərin ümumi sayı göstərilməklə icraçı tərəfindən imzalanır və dəftərxana möhürü ilə təsdiq edilir.