Buket hazırlamaq üçün yararlı və ya dekorativ məqsədlər üçün kəsilmiş budaqlar, güllər və qönçələr Spodoptera spp, Liriomyza spp, Frankliniella spp, Chrysodeixis spp, Helicoverpa spp, qırmızı tor gənəsi (Tetranychus evansi), Thrips palmi spp, payızgülünün ağ pası (Puccinia horiana), Hind-Çin çiçək tripsi (Scirtothrips dorsalis), pambıq ağqanadlısı (Bemisia tabaci), qərənfildə fialoforoz soluxma (Phialophora cinerescens) və qara sitrus ağqanadlısından (Aleurocanthus woglumi) azad olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
Partiyada və ya partiyanın bir hissəsində bu tələbin 8.1-ci bəndində qeyd edilən zərərli orqanizmlər aşkar edildikdə həmin partiyanın zərərsizləşdirilməsi, geri qaytarılması və ya məhv edilməsi barədə Agentlik tərəfindən müvafiq Qərar qəbul olunur. Partiyanın sirayətlənmiş hissəsini ayırd etmək mümkün olduqda, partiyanın sirayətlənməmiş təmiz hissəsi təyinatı üzrə istifadə edilə bilər.