Dövlət reyestr məlumatlarının dərc olunması məqsədilə verilməsinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Rayon (şəhər) qeydiyyat şöbələri qeyri-kommersiya qurumları barədə dövlət reyestrinə daxil edilmiş məlumatları müəyyən olunmuş formada hər ay kağız və ya elektron daşıyıcılar vasitəsilə dərc olunması üçün Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə təqdim etməlidirlər.