Əcnəbinin bir neçə vətəndaşlığı olduqda onun prosessual hüquq və fəaliyyət qabiliyyəti onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə müəyyən edilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Vətəndaşlığı olmayan şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyəti həmin şəxsin daimi yaşadığı yeri olan dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu dövlətin qanunları ilə müəyyən edilir. Qaçqınların prosessual hüquq və fəaliyyət qabiliyyəti onların sığınacaq tapdıqları dövlətin qanunları ilə müəyyən edilir.