Birmərtəbəli binaların karkaslarının dayanıqlılığının boyuna və eninə sütun sıraları üzrə xüsusi sərtlik elementlərinin verilməsi ilə (diafraqmalar, kəsiyi böyüdülmüş sütunlar, çoxmərtəbəli köməkçi tikililər) təmin edilməsinə yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Əsasın qeyri-bərabər deformasiyalarında şaquli rabitələrdə qüvvələrin azaldılması üçün onlar qeyri-bərabər çökmələrdə rabitələrə nəzərən rabitə blok sütunlarının yerdəyişməsinə imkan verən xətti-dəyişən birləşmələr tətbiq edilməklə yerinə yetirilməlidir.