Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əvvəllər işə baxılmasında iştirak etməmiş hakimin işin halları və təqdimatın, protestin və ya şikayətin dəlilləri barədə məruzəsini dinləyir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
İşə baxılarkən bütün məsələlər səs çoxluğu ilə həll edilir. Təqdimatın, protestin və ya şikayətin təmin edilməsi leyhinə və əleyhinə verilmiş səslərin sayı bərabər olduqda təqdimat, protest və ya şikayət rədd edilmiş sayılır.