Rusiyanın Tümen vilayətində qəsbçilər pul tələb edərək iş adamlarına işgəncə veriblər. Onlar həbs edilib.

Heftelik.az xəbər verir ki, faktla bağlı 5 azərbaycanlı saxlanılıb.

İstintaqın məlumatına görə, 25-35 yaşlarında olan 5 azərbaycanlı işgüzar görüş bəhanəsi ilə iki sahibkarı vilayətin Yalutorovski rayonunun kəndlərindən birinin yaxınlığında yerləşən kəsim sexinin binasına dəvət ediblər. Görüşdə onlar odlu silah nümayiş etdirib, həmçinin iş adamlarına doğru bir neçə dəfə atəş açıblar.

Bundan başqa, cinayət ortaqları sahibkarları ayaqlarından qaldırıcı tirə asaraq döyüblər. Eyni zamanda hər birindən 1,5 milyon rubl tələb ediblər.

Onlar iş adamlarına günün sonuna qədər hər birinə 500 min rubl təhvil verməyi tapşırıblar, sonra isə buraxıblar. İş adamları kömək üçün dərhal həkimlərə və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onlarda qabırğa sınıqları, sıyrıqlar və qançırlar aşkar olunub.

Şübhəlilər həbs edilib, barələrində cinayət işi açılıb. İndi azərbaycanlıları mütəşəkkil dəstə halında cinayət görə, 7 ildən 15 ilədək həbs cəzası gözləyir.