İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib.
Heftelik.az-ın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda rəsmi mərasimdə çıxışı zamanı bildirib.
Rəcəb Tayyib Ərdoğan ölkəsinin terrorun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.
***
saat 14.05
İstanbulda məhkəmə binasında silahlı insident olub.
Heftelik.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib.
O, öldürülən silahlı şəxslərdən birinin qadın, birinin kişi olduğunu söyləyib.