Konstruktiv MÜHAFİZƏ

06 Fevral 2024, 10:00

İstismar olunan bina və qurğuların konstruktiv mühafizə tədbirlərinə nələrin aid olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

İstismar olunan bina və qurğuların konstruktiv mühafizə tədbirlərinə aşağıdakılar aiddir:

  1. a) bina və qurğuların deformasiya tikişləri ilə bölünməsi;
  2. b) qurğuların və ya ayrı-ayrı konstruksiya elementlərinin dəmir-beton kəmərlərlə və dartqılarla gücləndirilməsi;
  3. c) rabitə-dayaqların qurulması;
  4. d) altdan domkratla qaldırmaq yolu ilə bina və qurğuların düzəldilməsi və s.