Qurumun dövlət reyestrindən çıxarılması barədə qərarda ləğvetmə barədə qərarı qəbul etmiş orqan, ləğvetmə barədə qərarın tarixi, ləğvetmə qaydası və ləğvetmə prosesinin başa çatdığı tarix göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Ləğv edilmiş və dövlət reyestrindən çıxarılmış qeyri-kommersiya qurumlarının möhürləri (qurumun möhürü və üzərində “ləğv prosesindədir” yazılmış möhür) qeydiyyat orqanında məhv edilir və bu barədə müvafiq akt tərtib edilir. Akt qurumun arxiv sənədlərinə əlavə olunur.