Valyuta əməliyyatları barədə vahid informasiya sisteminin funksiyaları və onlardan istifadə qaydaları barədə iştirakçıları və istifadəçiləri məlumatlandırmaq, zəruri təlimatlandırma işləri aparmaq, onlara metodiki kömək göstərmək, iştirakçılarda və istifadəçilərdə yaranmış çətinlikləri təxirəsalınmadan araşdırmaq və həll etmək, iştirakçıların bu sahədə mütəmadi bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil etmək informasiya sistemi sahibinin (Mərkəzi Bank) vəzifələri sırsındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında informasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, saxlanılmasını, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlərin aparılmasını təşkil etmək və onlara nəzarəti həyata keçirmək də əksini tapıb.