Abşeron rayonu Masazır qəsəbəsində 40 yaşlı kişi dəm qazından boğulub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Xurşudbanu Natəvan küçəsi 6 ünvanında, fərdi yaşayış evində baş verib.

40 yaşlı kişi (ad soyad dəqiqləşdirilir) hamam otağında dəm qazından boğulub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.