Mbappe “Real Madrid”də mövsümdə 60 milyon avro qazanacaq.

Heftelik az-ın “El Debate”-yə istinadən verdiyi  məlumata görə, Mbappe “Real Madrid” futbol klubu ilə müqavilə imzaladığı üçün 100 milyon avro mükafat alacaq.

Futbolçu 2024-cü ilin yayında İspaniya klubuna keçəcək və müqaviləsinin müddəti 6 ildir.

Fransanın PSJ klubu komandanı tərk edəcək əsas forvardı Kilian Mbappeyə əvəzləyici də tapıb. Parislilər “Milan”ın hücumçusu Rafael Leaonu almaq istəyirlər.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqavilə müddəti 2024-cü il iyunun sonuna kimi qüvvədədir.

“Transfermarkt” portalına görə futbolçunun təxmini qiyməti 180 milyon avrodur.