İştirakçılar informasiya sistemindən gücləndirilmiş elektron imza ilə eyniləşdirildikdən sonra elektron kabinet və/və ya elektron məlumat sorğulama modulu vasitəsilə istifadə edə və Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə ilə müəyyən edilmiş digər əməliyyatları həyata keçirə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
Müştərilər Mərkəzi Bankın Elektron xidmətlər portalında Vahid Giriş Sistemi (“ASAN login”) ilə eyniləşdirildikdən sonra informasiya sistemindən müştərilər üçün məlumat pəncərəsi vasitəsilə özlərinə dair valyuta əməliyyatları barədə məlumatları əldə edə bilərlər.