Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-kommersiya hüquqi şəxslərinin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı nümayəndəlik və ya filiallarının olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı barəsində məlumatlar qeyri-kommersiya qurumlarının dövlət reyestrində aparılan yazıda əks etdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Bu nümayəndəlik və ya filialların yarandığı andan 10 gün müddətində qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə qeyd olunan nümayəndəlik və ya filialların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı barəsində məlumatlar göstərilir və həmin məlumatları özündə əks etdirən sənədlər qeydiyyat orqanına təqdim edilir.