“Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hərbi vəziyyət başa çatanadək fəaliyyəti dayandırılmış siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilmiş hesab olunması barədə məlumat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hərbi vəziyyət dövrünün başa çatdığı gündən növbəti gün ərzində dövlət reyestrinə daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatda fəaliyyətinin bərpa edildiyi tarix və bərpa edilməsinin hüquqi əsasları göstərilməlidir.