Qurumun müraciəti əsasında fəaliyyətinin dayandırılması üçün hansı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qurumun müraciəti əsasında fəaliyyətinin dayandırılması üçün aşağıdakı sənədlər Ədliyyə Nazirliyinə təqdim olunmalıdır:
– qurumun qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuş ərizə;
– qurumun fəaliyyətinin dayandırılması ilə bağlı qərar (qərarda dayandırılma müddəti, qeyri-hökumət təşkilatlarında və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəlik və ya filiallarında isə həmçinin dayandırılma səbəbi göstərilməlidir).
Siyasi partiya fəaliyyətinin müvəqqəti dayandırıldığı barədə qərarın qəbul edildiyi qurultayın keçirildiyi tarixdən 3 gün müddətində qəbul olunmuş qərarı Ədliyyə Nazirliyinə təqdim edir və siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.