Rusiyanın Leninqrad vilayətində yol qəzasında Azərbaycan vətəndaşı ölüb.

Heftelik.az xəbər verir ki, fevralın 5-də Qatçina-Opolye avtomobil yolunun 17-ci kilometrliyində “Hyundai Accent” və “UAZ” toqquşub. Qəza nəticəsində “Hyundai Accent”in sürücüsü, 56 yaşlı Azərbaycan Respublikası vətəndaşı dünyasını dəyişib.

Qəza ilə bağlı araşdırma aparılır. Qəzanın hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.