Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən pul vəsaitləri və onların ekvivalentləri, komissiya tərəfindən onların xüsusi göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən pul vəsaitlərinin ekvivalentləri bazar qiymətlərinə uyğun qiymətləndirilir. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən pul vəsaitləri və onların ekvivalentləri mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.