Ali Məhkəmə Plenumunun səlahiyyətləri açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun hüququ vardır:
– kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və ya şikayəti isə təmin etmədən saxlamaq;
– kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək;
– kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi kassasiya və ya apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək;
– kassasiya instansiyası məhkəməsinin qərarını tamamilə, yaxud qismən ləğv etmək, iddianı tamamilə, yaxud qismən baxılmamış saxlamaq və ya iş üzrə icraata xitam vermək;
– kassasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını qüvvədə saxlamaq.
– müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə etmək.