Qeyri-kommersiya qurumları dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra, habelə onların yenidən təşkil edildikdə, ləğv olunduqda və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini dayandırdıqda və bərpa etdikdə bu barədə ayda bir dəfə Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Dövlət Statistika Komitəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müəyyən edilmiş formaya uyğun olaraq məlumat verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.