Təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olduqda qeydiyyat orqanı tərəfindən nümayəndəlik və ya filialların qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsindən imtina edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qeydiyyat orqanı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-kommersiya hüquqi şəxslərinin yaratdığı nümayəndəlik və filialları barədə məlumatı qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil etdikdən sonra bu barədə müraciət edən şəxsə yazılı məlumat verir. Qeyd edilən nümayəndəlik və ya filiallar qeyri-kommersiya qurumlarının dövlət reyestrinə rüsumsuz daxil edilir.