“Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ı Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması məqsədini daşıyır və respublikanın ərazisinə idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar tələbləri müəyyənləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb
Bu Qaydalar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü və 13-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı”, “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyanın VII maddəsi və həmin Konvensiyadan irəli gələrək təsdiq edilmiş Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartlar (12 nömrəli – “Fitosanitar Sertifikatlar”, 15 nömrəli – “Beynəlxalq ticarətdə taxta qablaşdırma materiallarının tənzimlənməsi”, 20 nömrəli – “İdxalın Fitosanitar Tənzimləməsi Sistemi üzrə Qaydalar”) əsasında hazırlanıb.