Mühafizə tədbirləri bina və qurğuların təyinatı, məsuliyyət səviyyəsi, konstruktiv xüsusiyyətləri, mühafizə olunan obyektlərin istismar rejiminə minimal təsir, onların əsaslarının deformasiyalarının təcrübi proqnoz nəticələri nəzərə alınmaqla texniki-iqtisadi variantların müqayisəsi əsasında seçilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Mühafizə tədbirinin seçilməsi onların yerinə yetirilməsindən yaranan mümkün texnoloji təsirlər nəzərə alınmaqla həyata keçirilməlidir. Faydalı qazıntıların çıxarılmasında işlənmə halları istisna olunmaqla dağ-mədən mühafizə tədbirlərinə üstünlük verilməlidir. Əgər bu tədbirlər kifayət etməzsə və ya onlar reallaşdırıla bilməzsə, birinci növbədə mühafizə olunan obyektlərin istismar rejimini pozmayan geotexniki tədbirlər tətbiq olunmalıdır.