Nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişikliklər, yeni redaksiyada nizamnamənin qeydiyyata alınması qeydiyyat orqanının rəhbərinin imzası və gerbli möhürlə təsdiqlənir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Yeni redaksiyada nizamnamə (və ya əsasnamə) təsdiq edildikdə onun 2-ci, 3-cü və s. redaksiya olması titul vərəqində göstərilir. Nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişiklik və ya əlavələrin qeydiyyata alınması barədə müvafiq dövlət reyestri kitabında qeydlər aparılır.