Fəaliyyətinin dayandırılması barədə sənədlərə baxılarkən qurum tərəfindən müvafiq vergi ilində (illərində) fəaliyyətin müvəqqəti olaraq dayandırması ilə əlaqədar Vergi Məcəlləsinin 16-cı maddəsi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilib-edilməməsi aydınlaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qurum tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət olunmadığı müəyyən edildikdə müraciət edənə bununla bağlı qanunvericiliyin tələbləri yazılı qaydada bildirilməlidir.