Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən siyasi partiyaların fəaliyyəti “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada fövqəladə vəziyyət rejiminin müddəti bitənədək Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dayandırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Siyasi partiyanın fəaliyyəti fövqəladə vəziyyət rejiminin müddəti bitənədək dayandırıldıqda, bu barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən fövqəladə vəziyyət barədə Fərmana istinad edilməklə 3 gün müddətində dövlət reyestrinə daxil edilir. Məlumatda fövqəladə vəziyyət barədə Fərmanın tarixi, nömrəsi, qüvvəyə mindiyi tarix, dayandırmanın müddəti, dayandırmanın başa çatdığı tarix göstərilir.