İnformasiya sisteminin funksiyaları açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
İnformasiya sistemi vasitəsilə aşağıdakılar təmin edilir:
– informasiyanın toplanılması, emalı, dəyişdirilməsi, ləğv edilməsi, bərpası, axtarışı və təhlili;
– informasiya sistemindən eyni zamanda çoxsaylı istifadəçilərin istifadə etməsinin mümkünlüyü;
– fasiləsiz fəaliyyətinin təmin edilməsi;
– məlumatların və məlumat kanallarının mühafizəsi;
– informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların və proqram-texniki vasitələrin tətbiqi;
– informasiya sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən məlumatların toplu və ayrı-ayrılıqda göndərilməsi, geri qaytarılmış məlumatların qəbulu, ləğv edilməsi və bərpa edilməsi;
– mübadilə əməliyyatlarının axtarışının fiziki şəxslərin fərdi identifikasiya nömrəsi (FİN) və doğum tarixi, yaxud həmin şəxslərin doğum tarixi və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi əsasında aparılması;
– informasiya sisteminin istifadəçiləri və iştirakçıları üçün elektron kabinetin və elektron məlumat sorğulama modulunun, müştərilər üçün məlumat pəncərəsinin yaradılması;
– məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması.
Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatlarının axtarışının aşağıdakı məlumatlar əsasında aparılması:
– fiziki şəxslərin fərdi identifikasiya nömrəsi (FİN) və doğum tarixi, yaxud həmin şəxslərin doğum tarixi və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;
– hüquqi şəxs, onun filialı, nümayəndəliyi və hüquqi şəxs olmayan digər qurumların VÖEN-i, VÖEN-i olmadıqda adı və qeydiyyata alındığı ölkə;
– müvafiq əməliyyatların aparılmasına əsas verən təsdiqedici sənədlərin tarixi və nömrəsi (Qaydalara əsasən belə sənədlərin əldə edilməsi tələb olunduqda).