Məhkəmə işə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.

Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir.