Kassasiya qaydasında işə baxan məhkəmələr müəyyənləşib.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından kassasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət vermək olar:
– apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının qətnamələrindən və qərardadlarından – Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına;
– apellyasiya məhkəmələrinin kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının qətnamələrindən və qərardadlarından – Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına.