Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir. Kassasiya şikayətinə məhkəmə iclasında baxılması barədə əsaslandırılmış vəsatət kassasiya şikayəti, yaxud işdə iştirak edən şəxsin kassasiya şikayəti ilə bağlı etirazı və ya izahatı ilə birlikdə verilə bilər.