Azərbaycan Respublikasında yaradılmış konsulluq nümayəndəliklərinin üzvləri, konsulluğun seçilmiş qulluqçuları da daxil olmaqla konsulluq münasibətləri barəsində 24 aprel 1963-cü il tarixli Vyana Konvensiyasının qaydalarına uyğun olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Bu, həmçinin onların dövlətlərinin həmin məsuliyyət barədəki müqavilənin iştirakçıları olmadığı hallara da aid edilir.