Valyuta əməliyyatları barədə vahid  informasiya sistemində mövcud olan məlumatların təhlükəsizliyi ilə bağlı təşkilati və texniki tədbirlər görmək informasiya sistemi sahibinin (Mərkəzi Bank)  vəzifələri sırsındadır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Bu vəzifələr sırasında informasiya sisteminin fəaliyyəti üzrə hər hansı bir qəza (xəta) baş verdiyi və ya informasiya sisteminin fəaliyyətində fasilə yarandığı halda informasiya sisteminin iştirakçılarını bu barədə məlumatlandırmaq və informasiya sistemində mövcud olan məlumatların tamlığını, təhrifolunmazlığını, əlçatanlığını və konfidensiallığını (məxfiliyini) təmin etmək də var.