Azərbaycan Respublikası ərazisindən tranzit daşınan karantin nəzarətində olan məhsullar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətin həyata keçirilməsi” Qaydası ilə tənzimlənir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.

Meşə materialları (taxta) hər il üçün aprel  ayının 1-dən oktyabr ayının 31-nə kimi ölkə ərazisindən tranzit daşındığı zaman qapalı nəqliyyat vasitələrində, konteynerlərdə və ya üzəri örtülməklə daşınmalıdır.